• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyə bu ölkədə PUA mərkəzi açır

DÜNYA

28 Noyabr 2026 | 11:48 | Müəllif: Gülşən Şərif

Türkiyə bu ölkədə PUA mərkəzi açır

Kosova Müdafiə Nazirliyinin vasitəsilə oktyabrın 4-də Türkiyə Texnologiya Komandası Vəqfi (T3 Vəqfi) ilə Poduyeva Bələdiyyəsi arasında saziş imzalanıb. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Kosova Baş naziri Albin Kurti deyib.

O bildirib ki, saziş pilotsuz uçuş aparatlarına (PUA) yönəlmiş elm və texnologiya innovasiya mərkəzinin yaradılmasını nəzərdə tutur. Mərkəz Poduyeva Bələdiyyəsinin idarəçiliyi altında dövlət qurumu kimi fəaliyyət göstərəcək.

Kurti əlavə edib ki, mərkəz təhsil, innovasiya və texnoloji layihələrin inkişafı məqsədlərinə xidmət edəcək.

O, obyektin artıq hazır olduğunu və razılaşdırılmış qrafikə əsasən, mərkəzin 2027-ci ilin birinci rübündə fəaliyyətə başlamasının planlaşdırıldığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026