• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Beşiktaş" – "Hapoel" matçındakı hadisələrlə bağlı müfəttişlər təyin edildi

İDMAN

27 Noyabr 2026 | 17:38 | Müəllif: Əli Hüseynov

"Beşiktaş" – "Hapoel" matçındakı hadisələrlə bağlı müfəttişlər təyin edildi

Türkiyənin "Beşiktaş" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında Gürcüstanda keçirilmiş UEFA Avropa Liqasının oyununda baş verən hadisələri araşdırmaq üçün etika və intizam müfəttişləri təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Avropa futbol qurumu neqativ əməlləri qətiyyətlə pisləyib. Təşkilat futbolda aqressiya, nifrət, eləcə də istənilən təxribatçı, ayrı-seçkilik və ya ekstremist davranışa yer olmadığını bəyan edib.

Müfəttişlər UEFA-nın müvafiq normativ-hüquqi bazasına uyğun olaraq insidentlərlə bağlı araşdırma aparacaq, zəruri faktları və halları müəyyənləşdirmək üçün mövcud olan bütün sübutları nəzərdən keçirəcəklər. Məsələ ilə əlaqədar ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, Batumi şəhərində oynanılan "Beşiktaş" - "Hapoel" matçının birinci hissəsinin ortalarında İstanbul təmsilçisinin fanatlarının olduğu sektorda iğtişaşlar yaşanıb və polis güc tətbiq edib. Görüş təxminən yarım saat dayandırıldıqdan sonra davam etdirilib. Qarşılaşma Türkiyə komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026