Qara dənizdə atəşkəs üçün beynəlxalq tərəfdaşlara təklifimizi təqdim etmişik.
Bakıvaxtı.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa çıxış edib.
Vasitəçilik səylərinə görə Hindistan, Türkiyə və Misirə təşəkkür edən Sibiqa təkliflə bağlı Rusiyadan cavab gözlədiklərini bildirib.
“Ukrayna neft ixracı məsələsini daha geniş enerji atəşkəsi çərçivəsində müzakirə etməyə hazırdır. Ancaq Qara dənizdəki atəşkəs yalnız kənd təsərrüfatı məhsullarının daşınmasına aid olmalıdır”, - Sibiqa qeyd edib.
















