• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Yumurtaların üzərindəki rəqəmlər nə deməkdir? - İlk rəqəmə diqqət edin

CƏMİYYƏT

28 Noyabr 2026 | 01:00 | Müəllif: Subhan Mahmudov

Yumurtaların üzərindəki rəqəmlər nə deməkdir? - İlk rəqəmə diqqət edin

Marketlərdən alınan yumurtaların qabığına vurulan kodlar məhsulun hansı şəraitdə istehsal edildiyi barədə mühüm məlumat verir.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, kodun ilk rəqəmi toyuğun yetişdirilmə üsulunu göstərir:

0 ilə başlayanlar: Orqanik yetişdirmə qaydalarına uyğun böyüdülən və orqanik yemlərlə bəslənən toyuqlardan əldə olunur.

1 ilə başlayanlar: Açıq havaya çıxa bilən və sərbəst gəzən toyuqların yumurtasıdır.

2 ilə başlayanlar: Qapalı hinlərdə, lakin qəfəsə salınmadan sərbəst yetişdirilən toyuqlardan alınır.

3 ilə başlayanlar: Qəfəs sistemində saxlanılan toyuqlardan əldə edilir.

(Qeyd: Bu rəqəmlər yumurtanın ölçüsünü, təzəliyini və ya qida dəyərini deyil, yalnız istehsal üsulunu göstərir).

Digər işarələrin mənası

Yetişdirmə kodundan dərhal sonra gələn TR hərfləri yumurtanın Türkiyədə istehsal olunduğunu bildirir. Ardınca gələn ilk iki rəqəm istehsalın həyata keçirildiyi vilayətin avtomobil seriya kodunu (məsələn, 06 Ankara, 34 İstanbul, 35 İzmir), növbəti rəqəmlər müəssisənin qeydiyyat nömrəsini, son rəqəmlər isə yumurtanın əldə edildiyi hini göstərir.

Mütəxəssislər yumurta alarkən qablaşdırma üzərindəki yazılarla yanaşı, qabıqdakı kodları da yoxlamağı tövsiyə edirlər. A sinfinə aid süfrə yumurtalarında bu kodların oxunaqlı şəkildə olması məcburidir./Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026