• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şahmatçılarımız Türküstanda iki qızıl medal qazandı

İDMAN

28 Noyabr 2026 | 09:37 | Müəllif: Gülşən Şərif

Şahmatçılarımız Türküstanda iki qızıl medal qazandı

Qazaxıstanın Türküstan şəhərində Türk Şahmat Assosiasiyasının çempionatı başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan şahmatçıları həm kişilərin, həm də qadınların yarışında qızıl medal qazanıblar.

Kişilərin mübarizəsində 14-cü turda təmsilçimiz Nicat Abasov Qırğızıstan şahmatçısı Ediyar Orozbayevlə heç-heçə edib. 14 turdan sonra 9 xal toplayan Nicat Abasov bütün rəqiblərini qabaqlayaraq qalib olub.

Qadınların çempionatının son turunda isə Gövhər Beydullayeva Qazaxıstan şahmatçısı Zarina Nurgaliyeva ilə xalı yarı bölüb. Yekunda 10 xal toplayan Gövhər Beydullayeva birinci yeri tutub.

Beləliklə, Azərbaycan təmsilçiləri həm kişilərin, həm də qadınların yarışında çempion olublar. Qaliblərin şərəfinə çempionatın bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni iki dəfə səsləndirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026