• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qoqolun yandırdığı romanı süni intellekt tamamladı 

MƏDƏNİYYƏT

28 Noyabr 2026 | 09:26 | Müəllif: Gülşən Şərif

Qoqolun yandırdığı romanı süni intellekt tamamladı

Rusiyanın texnologiya və bank nəhəngi “Sber”in süni intellekt modeli “GigaChat” böyük yazıçı Nikolay Qoqolun 1852-ci ildə yandırdığı “Ölü ruhlar” romanının ikinci cildini yenidən yazıb.

Bakıvaxtı.az xəbər verir ki, “Ölü ruhlar: Diriliş” adlanan kitab oxucular arasında maraq doğursa da, ədəbi dairələrdə və ictimaiyyətdə ciddi mübahisələr yaradıb.

Əvvəlcə üç cildlik nəzərdə tutulan, lakin yalnız birinci cildi qalan əsərin ikinci və üçüncü hissələrini müəllif yaradıcı və mənəvi sarsıntılar səbəbindən tamamlaya bilməmiş, ölümündən az əvvəl keçirdiyi böhran zamanı əlyazmaların bir hissəsini oda atmışdı. Dilçilər, tarixçilər və mühəndislərin birgə layihəsi olan “GigaChat” inandırıcı ədəbi üslub formalaşdırmaq üçün təxminən dörd ay çalışıb.

Layihə rəhbəri Vladislav Otroşenkonun sözlərinə görə, kitab bestsellerə çevrilib və süni intellekt Qoqolun mürəkkəb üslubu ilə süjet xəttini uğurla əlaqələndirib. Təqdimata qatılan bəzi oxucular mətnin əsərin ruhuna uyğun gəldiyini deyiblər.

Bununla belə, hamı bu təcrübəni bəyənmir. Moskvadakı Qoqol Muzeyinə gələn ziyarətçilərdən biri itirilmiş əsərin süni intellektlə bərpasını inandırıcı saymadığını bildirib. Qoqol ədəbiyyatı üzrə mütəxəssis Artyom Nikitin isə qeyd edib ki, yazıçının dilini və əvvəlki mətnlərini bilmək onun gələcəkdə nə yazacağını avtomatik müəyyən etmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026