Puerto-Rikodan olan 27 yaşlı Cennifer Barreto “Kainat gözəli” beynəlxalq gözəllik müsabiqəsinin qalibi seçilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.
Məlumata görə, qalibə tacı 2025-ci ilin “Kainat gözəli” Fatima Boş təqdim edib. Müsabiqədə birinci yeri Dominikan Respublikasından, ikinci yeri isə Venesueladan olan iştirakçı tutub.
Məlumata görə, müsabiqədə 116 ölkə və ərazini təmsil edən iştirakçı mübarizə aparıb. Dominikan Respublikası ikinci, Venesuela isə üçüncü yeri tutub.
Qeyd edək ki, Puerto-Riko təmsilçisi 20 illik fasilədən sonra ölkəsinə yenidən “Kainat gözəli” titulunu qazandırıb.
Murad İsmayıl

















