• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Qalatasaray” “Aston Villa”nı məğlub etdi

İDMAN

25 Noyabr 2026 | 00:04 | Müəllif: Subhan Mahmudov

“Qalatasaray” “Aston Villa”nı məğlub etdi

Türkiyənin “Qalatasaray” klubu bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti matçına çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Okan Burukun yetirmələri V tur çərçivəsində İngiltərənin “Aston Villa” klubunu qəbul edib.

    Qarşılaşma “RAMS Park” stadionunda keçirilib. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayıb.

    Gərgin keçən oyunun taleyini 1 qol həll edib. "Sarı-qırmızılılar" rəqibini minimal hesabla məğlub edib - 1:0.

    Qeyd edək ki, İstanbul təmsilçisi keçirdiyi 5 oyundan sonra 9 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “Aston Villa” isə 9 xalla 6-cı yerdədir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026