Azərbaycanın tanınmış hərbi xadimlərindən olan general-leytenant Yaşar Aydəmirovun nəvəsi Rəşad Daşdəmirov da hərbçi peşəsini seçib.
Bakıvaxtı.az xəbər verir ki, Rəşad Daşdəmirov Türkiyədə Quru Qoşunları Hərbi Məktəbini bitirib. Hazırda isə Türkiyədə ixtisas məktəbində leytenant rütbəsində təhsilini davam etdirir.
Beləliklə, ailənin gənc nümayəndəsi də hərbi sahədə öz yolunu seçərək zabit kimi formalaşır.
Qeyd edək ki, general-leytenant Yaşar Aydəmirov Azərbaycan Silahlı Qüvvələrində uzun illər müxtəlif məsul vəzifələrdə xidmət edib.
O, Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində təhsil alıb, Sovet Ordusunda və Azərbaycan Silahlı Qüvvələrində xidmət keçib. Əfqanıstanda hərbi xidmətdə olan Aydəmirov sonradan Azərbaycan Ordusunda briqada və korpus komandiri, Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsinin rəisi, eləcə də Azərbaycanın Çində hərbi attaşesi vəzifələrində çalışıb.
Hərbi xidmətini başa vurduqdan sonra da fəaliyyətini bu sahədə davam etdirən Aydəmirov Hərbi Akademiyada müəllim kimi çalışıb.
Onu da bildirək ki, Yaşar Aydəmirov Azərbaycan Ordusunun formalaşması və inkişafı prosesində müxtəlif vəzifələrdə xidmət etmiş generallardan biridir.
Natiq Şəkinski
















