Model Razi Əliyeva övladı Mikayıla ad günü edib.
Bakıvaxtı.az xəbər verir ki, şəhər restoranlarından birində keçirilən məclisə onun yaxınları və ailə üzvləri qatılıb. Razi oğlunun 2 yaşının tamam olduğunu bildirib.
Qeyd edək ki, Razi Nicat Əliyev adlı bəylə ailə qurmuşdu. Cütlük bir müddət əvvəl ayrıldığını açıqlasa da, rəsmi olaraq boşanmayıb.




















