Azərbaycanın voleybol üzrə U-16 yığmasının üzvü Əhməd Məmmədli Avropa çempionatının I təsnifat mərhələsində (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası – EEVZA) uğurlu çıxışı ilə fərqlənib.
Azərbaycan Voleybol Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, Latviyanın paytaxtı Riqada təşkil olunan turnirin yekununda iştirakçı yığmaların ən yaxşı oyunçuları müəyyənləşdirilib.
Milli komandamızın üzvü Əhməd Məmmədli də fərqlənən voleybolçular sırasında yer alaraq mükafatlandırılıb.
















