• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İtaliya Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

SİYASƏT

23 Noyabr 2026 | 14:19 | Müəllif: Günəş Mərd

İtaliya Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

İtaliya Azərbaycanla enerji, tikinti, dizayn, dəmir yolu və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, İtaliya dizaynının Azərbaycanda yaşayış evlərinin, ofislərin və dövlət müəssisələrinin interyerində tətbiqi hər iki ölkə üçün geniş imkanlar yaradır. Nazir bu baxımdan İtaliya mebel və interyer dizaynı sektorunun aparıcı tədbirlərindən olan “Salone del Mobile” sərgisinin əhəmiyyətini vurğulayıb.

A.Tayani enerji sahəsində əməkdaşlığa toxunaraq, Cənub Qaz Dəhlizinin artıq 17 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzvünə xidmət etdiyini bildirib. O, TAP layihəsini Azərbaycanın İtaliya və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin konkret nümunəsi kimi dəyərləndirib.

Nazir sualtı kabel layihələri və dəmir yolu sektorunda da böyük əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb. İtaliyanın Azərbaycanın gələcək iqtisadi inkişafında iştirak etməyə, eyni zamanda Azərbaycan sərmayələrinin İtaliyaya cəlb olunmasına açıq olduğunu bildirib.

A.Tayani biznes forumun da uğurlu keçəcəyinə əminliyini ifadə edib.  

O, həmçinin görüşdə beynəlxalq gündəlikdəki məsələlərin müzakirə olunduğunu söyləyib. Ukrayna-Rusiya müharibəsi, İrandakı vəziyyət və Yaxın Şərqdəki proseslərin diqqət mərkəzində olduğunu qeyd edən nazir Azərbaycan və İtaliyanın sülhün təmin olunması istiqamətində birgə fəaliyyət göstərməkdə maraqlı olduğunu vurğulayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR