• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İranda müğənni hicabsız çıxışına görə şallaqlanıb

ŞOU

24 Noyabr 2026 | 15:24 | Müəllif: Gülşən Şərif

İranda müğənni hicabsız çıxışına görə şallaqlanıb

İranlı müğənni Parasta Əhmədi hicabsız çıxış etdiyinə görə 74 şallaq cəzasına məhkum edilib.

Bakıvaxtı.az "Fars News"a istinadən xəbər verir ki, bu barədə müğənninin vəkili Mustafa Nili məlumat verib.

Cəza müğənninin 2024-cü ilin dekabrında "YouTube"da yayımlanan onlayn konsertinə görə verilib. Həmin konsertdə Əhmədi hicabsız, çiyinləri və qolları açıq paltarda çıxış edib.

Onunla birlikdə komandasının 4 üzvünə də 74 şallaq vurulub. Onlar internetdə ədəbsiz məzmun yaymaqla ictimai əxlaqı təhqir etməkdə" günahkar biliniblər.

Məhkəmə həmçinin onların 2 il müddətinə ölkədən çıxmasını və bədii fəaliyyətlə məşğul olmasını qadağan edib.

Qanuna görə, qadınların ictimaiyyət qarşısında solo çıxış etməsi və hicabsız görünməsi qadağandır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR