• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İnfantino görün nə etmək istəyirmiş...

İDMAN

24 Noyabr 2026 | 11:36 | Müəllif: Əli Hüseynov

İnfantino görün nə etmək istəyirmiş...

FIFA prezidenti Canni İnfantinonun dünya çempionatlarına aid kommersiya hüquqlarının bir hissəsini 96 il müddətinə özəl investorlara satmağı planlaşdırdığı üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

Nəşrin istinad etdiyi sənədlərə əsasən, həmin əməkdaşlıq müddəti bir neçə 12 illik lisenziya dövründən təşkil olunurdu. Bu halda ali futbol qurumu "FIFA Forward Enterprise" (FFE) kommersiya layihəsindəki səhmlərin 51%-ni müddətsiz olaraq özündə saxlamalı, rəhbərliyə isə bonus şəklində layihə dəyərinin 5%-ə qədəri həcmində ödənişlər etməli idi.

İnfantino 2026-cı il mundialı başa çatdıqdan az sonra hüquqların bir qismini kənar investorlara satmaq niyyətini açıqlayıb. Bu addım futbol ictimaiyyətində mənfi reaksiyalara və 2030-cu il dünya çempionatını boykot etmək təhdidlərinə səbəb olub.

Avropa Futbol Assosiasiyaları İttifaqı, Asiya Futbol Konfederasiyası, eləcə də Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələri Futbol Konfederasiyası hüquqların satışı ideyasına yönəlmiş "FIFA Forward Enterprise" layihəsi ilə bağlı İnfantinonu ictimaiyyəti aldatmaqda günahlandırıblar. Tənqid dalğası və layihədən kəskin narazılıqlar fonunda FIFA bu fikrindən daşınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026