• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qarabağ Universitetinin tələbələri arasındakı hadisə ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

23 Noyabr 2026 | 20:08 | Müəllif: Subhan Mahmudov

Qarabağ Universitetinin tələbələri arasındakı hadisə ilə bağlı AÇIQLAMA

Elm və Təhsil Nazirliyi mediada Qarabağ Universitetinin tələbələri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, Qarabağ Universitetinin tələbələri arasında baş verən mübahisə təhsil müəssisəsindən kənarda baş verib.

    Məlumata görə, hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilib.

    Bildirilib ki, sözügedən məsələ ilə əlaqədar heç bir tələbə Qarabağ Universitetindən qovulmayıb.

    “Media nümayəndələrindən Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiq və obyektiv təqdim edilməsi üçün universitetin mətbuat xidmətinə müraciət edərək dəqiqləşdirilməsi xahiş olunur”, - məlumatda deyilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026