İllərdir Rafet El Roman adı ilə tanınan türkiyəli müğənninin əsl soyadının Yaşdut olduğu məlum olub.
Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, 1968-ci il avqustun 25-də Ədirnədə anadan olan sənətçi karyerasının ilk illərində Rafet Yaşdut adı ilə tanınıb.
1988-ci ildə musiqi fəaliyyətinə başlayan müğənni 1992-ci ildən etibarən “El Roman” adından istifadə etməyə başlayıb. Bu adı seçməsinə isə İspaniyada yaşayan və “El Romano” kimi tanınan xalq qəhrəmanının hekayəsindən təsirlənməsi səbəb olub.
Məlumata görə, sənətçi səhnə adını rəsmi soyadına çevirmək üçün Almaniyada dörd il hüquqi mübarizə aparıb. Nəticədə o, “El Roman” soyadını rəsmi sənədlərinə daxil etdirməyə nail olub.















