• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Nenad Laloviç AGF-nin fəaliyyəti ilə tanış olub

İDMAN

28 Noyabr 2026 | 19:47 | Müəllif: Günəş Mərd

Nenad Laloviç AGF-nin fəaliyyəti ilə tanış olub

Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Bakıya səfəri çərçivəsində Azərbaycan Güləş Federasiyasının (AGF) ofisini ziyarət edib.

Bu barədə Bakıvaxtı.az-a AGF-dən məlumat verilib.

Bildirilib ki, görüşdə UWW prezidentinə AGF-nin fəaliyyəti, rəqəmsal idarəetmə sistemlərinin inkişafı, vahid məlumat bazasının yaradılması, videoanaliz və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.

Nenad Laloviç AGF-nin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirərək görülən işləri təqdir edib. Yaxın gələcəkdə bu layihələrin qloballaşdırılması və UWW ilə əməkdaşlıq çərçivəsində digər ölkələrdə də tətbiqinə şərait yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.


Nenad Laloviç AGF-nin fəaliyyəti ilə tanış olubNenad Laloviç AGF-nin fəaliyyəti ilə tanış olub
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026