• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Nyu-Yorkda baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb

DÜNYA

29 Noyabr 2026 | 09:40 | Müəllif: Subhan Mahmudov

Nyu-Yorkda baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb

Nyu-Yorkun Kuins rayonunda baş verən atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə polisə istinadən "The New York Post" qəzeti məlumat yayıb.

İnsident nəticəsində güllə yarası alan 21 yaşlı kişi ölüb. O, Elmherst xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

24 və 38 yaşlı daha iki kişi güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı şəxsi saxlayıblar.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026