• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

CƏMİYYƏT

29 Noyabr 2026 | 09:07 | Müəllif: Subhan Mahmudov

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

Səhər tezdən dərsə, işə getmək xüsusən yeniyetmələrdə bioloji ritmin pozulmasına, yuxu pozğunluğuna və psixi problemlərə səbəb ola bilər.

Bakıvaxtı.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə Oksford Universiteti alimlərinin araşdırmasının nəticəsində sübut edilib.

Alimlər 14-17 yaşarası tələbə və şagirdlərin dərs saatı ilə uğur və sağlamlıq göstəricilərinin dəyişməsini izləyib. Dərslərin saat 8:45-dən 10:00-a qaldırılması akademik uğurların artmasına səbəb olub.

Alimlər bu qənaətə gəliblər ki, erkən dərs və ya iş bioloji sirkad ritmə ziddir, az yatmaq nəticəsində orqanizmdə stress hormonu artır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026