• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türk dünyasının mədəniyyət paytaxtı elan edildi

DÜNYA

29 Noyabr 2026 | 00:30 | Müəllif: Günəş Mərd

Türk dünyasının mədəniyyət paytaxtı elan edildi

Özbəkistanın Əndican şəhərində keçirilən TÜRKSOY Daimi Şurasının 43-cü iclasında 2028-ci ilin Türk dünyasında Çingiz Aytmatov ili, Talas şəhərinin isə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi barədə qərar qəbul olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TÜRKSOY-un baş katibi Sultan Raev sosial şəbəkədə paylaşım edib.

2028-ci ildə görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 100 illik yubileyi qeyd olunacaq. Onun doğulduğu Talasın mədəniyyət paytaxtı seçilməsi bölgənin tarixi, milli irsi və turizm potensialının tanıdılmasına töhfə verəcək.

İclasda, həmçinin Əndicanın 2026-cı ildə Türk Dünyasının Mədəniyyət Mərkəzi statusu çərçivəsində görülən işlər və üzv ölkələr arasında mədəni əlaqələrin genişləndirilməsi müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026