Yeni Zelandiya sahillərində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanlar UTC vaxtı ilə saat 17:10-da qeydə alınıb.
Zəlzələnin episentri Hiks-Bey şəhərindən 189 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
















