• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Siyəzəndə iki azyaşlı su kanalına düşüb

HADİSƏ

28 Noyabr 2026 | 21:15 | Müəllif: Günəş Mərd

Siyəzəndə iki azyaşlı su kanalına düşüb

Siyəzən rayonunda iki azyaşlı Taxtakörpü–Ceyranbatan su kanalına düşüb.

Bakıvaxtı.az xəəbər verir ki, hadisə noyabrın 28-də Siyəzən şəhəri yaxınlığında baş verib.

İlkin məlumata əsasən, uşaqlar kanalın kənarında oynayarkən suya düşüblər.

Azyaşlılardan biri xilas edilərək xəstəxanaya yerləşdirilib, digərinin isə axtarışları davam etdirilir.

Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar. 


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR