• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukraynadan Rusiyaya qarşı yeni sanksiyalar 

DÜNYA

28 Noyabr 2026 | 20:45 | Müəllif: Günəş Mərd

Ukraynadan Rusiyaya qarşı yeni sanksiyalar

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya vətəndaşları və şirkətlərinə qarşı yeni məhdudiyyətlər nəzərdə tutan fərmanlar imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna Prezidentinin rəsmi saytının məlumatına görə, ilk sanksiya paketi 44 Rusiya vətəndaşını və 31 şirkəti əhatə edir. Siyahıya “Mavitech” və “Signal” şirkətləri də daxildir.

İkinci paketə isə 37 Rusiya vətəndaşı və 36 təşkilat daxil edilib. Məhdudiyyətlər tətbiq olunan qurumlar arasında “Kapustin Yar” sınaq poliqonu, “Novı Rubej” və “Agregat” da var.

Qeyd edək ki, noyabrın 23-də Zelenski daha 29 fiziki və 18 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edən iki fərman imzalamışdı. Həmin qərarlar Ukrayna və Rusiya ilə əlaqəli bir sıra şirkət və təşkilatları əhatə edib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR