• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Əfqanıstanda məktəbdə partlayış: ölən və yaralananlar var

DÜNYA

28 Noyabr 2026 | 12:24 | Müəllif: Gülşən Şərif

Əfqanıstanda məktəbdə partlayış: ölən və yaralananlar var

Əfqanıstanın şərqindəki Kunar vilayətində orta məktəbdə baş verən partlayış nəticəsində bir neçə şagird ölüb və yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayətin polis idarəsinin nümayəndəsi Fərid Dehqan bildirib.

Onun sözlərinə görə, partlayış bu gün səhər Andar-Ser rayonunda yerləşən məktəbdə baş verib.

Ölənlərin və yaralananların dəqiq sayı, həmçinin partlayışın səbəbi hələlik məlum deyil.

Hadisə yerində Pakistanla sərhəddə yerləşən Kunar vilayətindən olan istintaq qrupları işləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026