• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İrandan dünya ölkələrinə xəbərdarlıq

DÜNYA

28 Noyabr 2026 | 17:51 | Müəllif: Gülşən Şərif

İrandan dünya ölkələrinə xəbərdarlıq

“İran dünyanın hansı nöqtəsindən olursa-olsun, ölkəyə qarşı yönələn təhdidlərə zərbə ilə cavab verəcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandan müavini Kəyumərs Heydəri deyib.

“Dünyanın hansı ölkəsində yerləşməsindən asılı olmayaraq, bizə qarşı təhdidin yarandığı istənilən məkan bizim üçün legitim hədəf olacaq və oraya zərbə endiriləcək. İran Silahlı Qüvvələri ABŞ, İsrail və digər düşmən ölkələrin mümkün yanlış addımlarına istənilən vaxt cavab verməyə hazırdır”, – deyə o cavab verib.

Qeyd edək ki, İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Şəhram İrani də ABŞ-nin tətbiq etdiyi dəniz blokadasını uğursuzluq əlaməti adlandırıb və blokadanın yarılması istiqamətində əməliyyatların davam etdiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026