• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Paris hava limanlarında tətil elan edilib

DÜNYA

28 Noyabr 2026 | 19:03 | Müəllif: Günəş Mərd

Paris hava limanlarında tətil elan edilib

Parisin hava limanlarında çalışan işçilər dekabrın 17-dən 20-dək dörd günlük tətil keçirəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, “Le Figaro” qəzetinin məlumatına görə, Şarl de Qoll və Orli hava limanlarını idarə edən ADP şirkətinin işçilərini təmsil edən CGT və FO həmkarlar ittifaqları tətil çağırışı edib.

Aksiya iştirakçıları səyahət xərclərinin 20% artırılmasını, 1000 avro yanacaq bonusunun verilməsini və əlavə işçilərin işə götürülməsini tələb edirlər.

Həmkarlar ittifaqları, həmçinin bütün vakant yerlərin doldurulmasını və işçilərin hava limanına giriş icazələrinin müvəqqəti və ya daimi ləğvi ilə bağlı şikayətlərə baxılması üçün komissiyanın yaradılmasını istəyirlər.

Tətilin dekabrın 17-də saat 05:00-da başlayacağı və dekabrın 20-də gecəyarısı başa çatacağı bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026