• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kiyevə dron hücumu - ölən və yaralananlar var

DÜNYA

28 Noyabr 2026 | 21:05 | Müəllif: Günəş Mərd

Kiyevə dron hücumu - ölən və yaralananlar var

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları ilə hücum edib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası teleqram kanalında məlumat yayıb.

    Bildirilib ki, hücum nəticəsində bir qadın ölüb, aralarında azyaşlının da olduğu bir neçə nəfər xəsarət alıb.

    Kiyevin Şevçenkovski rayonunda avtomobil yanıb, dronların qalıqları uşaq bağçasının ərazisinə düşüb. Uşaq bağçasının və yaxınlıqdakı beşmərtəbəli yaşayış binasının pəncərələrinin şüşələri sınıb.

    Solomenski rayonunda isə inzibati binaya ziyan dəyib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR