• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qazaxda avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb

HADİSƏ

28 Noyabr 2026 | 21:30 | Müəllif: Günəş Mərd

Qazaxda avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Bakıvaxtı.az xəbər verir ki, rayon ərazisində hərəkətdə olan “Ford Transit” markalı avtomobillə digər minik avtomobili toqquşub.

    Qəza nəticəsində 1968-ci il təvəllüdlü M. Qaraxanova, 1993-cü il təvəllüdlü A. Alıyeva, 2019-cu il təvəllüdlü Ş. Alıyev və 1970-ci il təvəllüdlü G. Alıyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

    Onlara ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

    Faktla bağlı araşdırma aparılır.(APA)


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR