• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İmmuniteti gücləndirən səkkiz tərəvəz...

CƏMİYYƏT

29 Noyabr 2026 | 09:46 | Müəllif: Subhan Mahmudov

İmmuniteti gücləndirən səkkiz tərəvəz...

C vitamini ilə zəngin tərəvəzlər insanın immunitetini gücləndirməyə kömək edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Health" portalı məlumat yayıb.

Məqalənin müəllifləri bildiriblər ki, bu cür tərəvəzlərə bolqar bibəri daxildir. Bununla yanaşı, qırmızı, narıncı və sarı bibərlərdə C vitamininin miqdarı yaşıl bibərlə müqayisədə daha çoxdur. Brüssel kələmi, brokoli və qırmızı kələm də bu vitaminlə zəngindir.

Bundan əlavə, yarpaq xardalı, kale kələmi, qırmızı kartof və yarpaq yem kələmi də yüksək C vitamini tərkibi ilə seçilir. Portalın məlumatına görə, bu tərəvəzləri omletə, salatlara, smuzilərə, şorbalara və ya tərəvəzli yeməklərə əlavə etmək olar./Publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026