• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Çin "Changzheng-6C" raketi vasitəsilə orbitə dörd peyk çıxarıb

DÜNYA

29 Noyabr 2026 | 11:00 | Müəllif: Subhan Mahmudov

Çin "Changzheng-6C" raketi vasitəsilə orbitə dörd peyk çıxarıb

Çin "Changzheng-6C" daşıyıcı raketi vasitəsilə dörd peyki uğurla orbitə çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.

Korporasiyanın məlumatına görə, "CZ-6C" Pekin vaxtı ilə saat 11:53-də Şansi əyalətindəki "Tayyuan" kosmodromundan uğurla start götürüb və dörd peyki müəyyən edilmiş orbitə çıxarıb.

Orbitə çıxarılan aparatlar arasında kosmik bulud texnologiyalarının sınaqdan keçirilməsi üçün iki peyk, eləcə də "Zhongke-12" və "Zhongke-13" var.

Missiya zamanı ilk dəfə raketin üfüqi vəziyyətdə yığılmasını, sınaqdan keçirilməsini və daşınmasını nəzərdə tutan yeni hazırlıq sxemi tətbiq edilib. Bundan başqa, daşıyıcı ilk dəfə yeni buraxılış meydançasından start götürüb.

Bu, "Changzheng" ailəsi raketlərinin 683-cü buraxılışı idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026