• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Eston diplomat yenə Rusiya XİN-ə çağırıldı - Etiraz

DÜNYA

23 Noyabr 2026 | 21:37 | Müəllif: Subhan Mahmudov

Eston diplomat yenə Rusiya XİN-ə çağırıldı - Etiraz

Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Marek Yuhtegi növbəti dəfə Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumata görə, diplomata Rusiyaya qarşı irəli sürülən ittihamlarla və Estoniya hakimiyyətinin dekabrın 1-dən Rusiya-Estoniya sərhədindəki keçid məntəqələrini bağlamaq qərarı ilə əlaqədar etiraz bildirilib.

Moskva həmçinin Tallini Kiyevi dəstəkləməkdə və Ukraynaya məxsus pilotsuz aparatların uçuşu üçün öz hava məkanını təqdim etməkdə ittiham edib.

Eyni zamanda, Estoniyanın Baltik dənizindəki hərəkətlərindən narahatlıq ifadə olunub. Rusiya XİN bəyan edib ki, Estoniya hakimiyyəti Rusiyaya məxsus yük gəmilərinin hərəkətinə mane olmağa çalışır. Həmçinin oktyabr ayında Rusiya və Belarus taxılının Estoniya ərazisindən tranzitinə qoyulmuş qadağa xatırladılıb.

Qeyd edək ki, diplomat noyabrın 20-də də XİN-ə çağırılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR