Azərbaycanda vətəndaşları xarici ölkələrdə işlə təmin edən agentliklərdən biri olan “Davidov Global” şirkətinin rəhbərliyinə cinayət işi açılıb.
Bakıvaxtı.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bir neçə vətəndaşın xaricdə işə düzəldilmək adı altında aldadılaraq pul vəsaitinin ələ keçirilməsi ilə bağlı ərazi polis orqanına müraciətləri daxil olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
















