Müharibə başlayandan indiyədək ABŞ-a məxsus 78 pilotsuz uçuş aparatı vurulub.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Məlumata görə, müasir Hava Hücumundan Müdafiə sistemləri vasitəsilə ABŞ-a məxsus 78 ədəd kəşfiyyat-zərbə təyinatlı PUA məhv edilib.
Bildirilib ki, vurulan dronlardan 58-i MQ-9, 20-si isə MQ-1 tipli olub.
















