• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Almaniyada kilsədə dəm qazından 19 nəfər zəhərləndi

DÜNYA

22 Noyabr 2026 | 20:09 | Müəllif: Zeynəb Rzayeva

Almaniyada kilsədə dəm qazından 19 nəfər zəhərləndi

Almaniyanın Bavariya federal torpağının Allqoy regionunda yerləşən kilsələrdən birində azı 19 nəfər dəm qazından zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Focus Online” polisə istinadla məlumat yayıb.
Hadisə Bad-Qrönenbax icmasındakı kilsədə istilik sisteminin nasazlığı nəticəsində baş verib.

Zəhərlənənlərdən dördünün vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerində təcili tibbi yardım, yanğınsöndürmə və polis qüvvələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat həyata keçirilir. Zərərçəkənlərə tibbi yardım göstərilir.

Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərinin araşdırıldığını və dəqiq səbəbin hələ müəyyən edilmədiyini açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026