• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Trampdan xəbərdarlıq: ABŞ müflisləşə bilər

DÜNYA

21 Noyabr 2026 | 23:55 | Müəllif: Gülşən Şərif

Trampdan xəbərdarlıq: ABŞ müflisləşə bilər

ABŞ Prezidenti Donald Tramp dövlət borcunun yuxarı həddi ilə bağlı məsələ həll olunmayacağı təqdirdə ölkənin müflisləşmə təhlükəsi ilə üzləşəcəyini bildirib və mövcud məhdudiyyətin ləğv edilməsinə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

"Dövlət borcunun yuxarı həddi ilə bağlı məsələni həll etmək üçün son tarix yaxınlaşır. Bu məsələni həll etməsək, ölkə müflisləşəcək. Belə bir hal əvvəllər heç vaxt baş verməyib", - deyə Tramp bildirib.

ABŞ prezidenti hesab edir ki, ölkədə belə bir məhdudiyyət ümumiyyətlə olmamalıdır.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, oktyabrın 26-na olan vəziyyətə əsasən, ölkənin dövlət borcu rekord həddə - 40.52 trilyon dollara çatıb. Hazırda dövlət borcunun yuxarı həddi 41.1 trilyon dollar təşkil edir.

İkipartiyalı Siyasət Mərkəzinin qiymətləndirməsinə görə, bu həddə artıq 2027-ci ilin fevral və ya mart aylarında çatmaq mümkündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026