• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polad Bülbüloğlu İsraildə 5 ağır əməliyyat keçiribmiş

    SİYASƏT

    21 Noyabr 2026 | 13:25 | Müəllif: Əli Hüseynov

    Polad Bülbüloğlu İsraildə 5 ağır əməliyyat keçiribmiş

    Xalq artisti Polad Bülbüloğlu son illər görmə qabiliyyətində yaşadığı ciddi narahatlıqlar və bununla bağlı İsraildə olunduğu əməliyyatlar haqqında səmimi etiraflar edib.

    Bakıvaxtı.az xəbər verir ki, sənətkar bu barədə “YouTube”da yayımlanan “Sheinkin40” proqramına verdiyi müsahibədə söz açıb.

    Bakıda lentə alınan buraxılışda Xalq artisti gözündəki problemlərin həlli üçün bir çox ölkəyə üz tutduğunu bildirib. O, ABŞ və Rusiya başda olmaqla müxtəlif dövlətlərdə tibbi müayinələrdən keçdiyini, lakin effektiv nəticəni məhz İsraildə əldə etdiyini vurğulayıb:

    “Tibbi göstəricilərimə uyğun ən real və ciddi dəstək mənə İsraildə verildi. Orada beş ağır cərrahi müdaxiləyə məruz qaldım. Əməliyyatlardan biri Təl-Əvivdə, digər dördü isə Hayfada icra olundu. Məhz həmin həkimlərin sayəsində bu gün qarşınızda oturub sizi görə bilirəm”.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026