• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

General-mayor kimi tanıdılan Zaur Abdullayev əslində general-leytenant imiş – DOSYE

CƏMİYYƏT

20 Noyabr 2026 | 20:05 | Müəllif: Subhan Mahmudov

General-mayor kimi tanıdılan Zaur Abdullayev əslində general-leytenant imiş – DOSYE

Mətbuatda uzun müddət general-mayor kimi təqdim olunan Zaur Abdullayevin əslində general-leytenant olduğu məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, Zaur Qasım oğlu Abdullayevə general-leytenant ali hərbi rütbəsi 27 dekabr 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə verilib.

Maraqlıdır ki, onun barəsində yayımlanan bir sıra məlumatlarda general-mayor kimi təqdim olunması diqqət çəkir. Halbuki Prezidentin rəsmi sərəncamı onun daha yüksək – general-leytenant rütbəsi daşıdığını təsdiqləyir.

Qeyd edək ki, Zaur Abdullayev uzun müddət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) rəhbər vəzifələrdə çalışıb. O, xidmət rəisinin müavini, daha sonra isə birinci müavini vəzifəsini tutub.

2015-ci ildə general-mayor ali hərbi rütbəsi alan Abdullayev 2021-ci ildə general-leytenant rütbəsinə yüksəlib.

2023-cü ilin mayında isə SHXÇDX rəisinin birinci müavini vəzifəsindən azad edilib.

Onun Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin rəhbərliyində təmsil olunması ilə bağlı da məlumatlar yayılıb.

Beləliklə, Zaur Abdullayevin hərbi rütbəsi ilə bağlı yayılan təqdimatlarda uyğunsuzluq olduğu üzə çıxır. O, artıq beş ilə yaxındır ki, general-leytenant ali hərbi rütbəsi daşıyır.

Natiq Şəkinski


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026