• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"İsraildə 5 ağır əməliyyat keçirdim" - Polad Bülbüloğlu

ŞOU

21 Noyabr 2026 | 22:09 | Müəllif: Gülşən Şərif

"İsraildə 5 ağır əməliyyat keçirdim" - Polad Bülbüloğlu

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu son illər görmə qabiliyyətində üzləşdiyi ciddi problemlər səbəbindən İsraildə ağır əməliyyatlar keçirdiyini açıqlayıb.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə P.Bülbüloğlu Təl-Əvivdə fəaliyyət göstərən "Sheinkin40" adlı yutub kanalına müsahibəsində danışıb. 

Bakıda baş tutan müsahibə Xalq artisti bildirib ki, ABŞ, Rusiya və digər ölkələrdə konsultasiyalarda olsa da, nəticəni yalnız İsraildə ala bilib:

"İsraildə 5 ağır əməliyyat keçirdim. Onlardan 4-ü Hayfada, 1-i isə Təl-Əvivdə baş tutub. Orada çox böyük diqqət və qayğı hiss edirdim. Onlar sayəsində bu gün qarşınızda oturub sizi görürəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR