Misirin İsgəndəriyyə şəhərində keçirilən paracüdo üzrə Qran-Pri yarışında J1 kateqoriyası, +95 kq çəki dərəcəsində mübarizə aparan İlham Zəkiyev bürünc medal qazanıb.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Paracüdoçumuz 1/8 finalda britaniyalı Dan English üzərində qələbə qazanıb, 1/4 finalda moldovalı İan Basoka məğlub olub.
Təsəlliverici görüşdə özbəkistanlı Ulmas Rayimovu üstələyən İlham Zəkiyev bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbekə qalib gəlib.
















