• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Türkiyədə meyit aparan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb

DÜNYA

21 Noyabr 2026 | 14:01 | Müəllif: Əli Hüseynov

Türkiyədə meyit aparan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb

Türkiyənin Amasya vilayətinin Göynücek rayonunda İstanbuldan meyit aparan mikroavtobusun aşması nəticəsində 31 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Demirören Haber Ajansı” məlumat yayıb.

    Hadisə bu gün səhər saatlarında baş verib. İstanbuldan Amasyanın Hasanbeyli kəndinə dəfn mərasimi üçün meyit aparan Sultangazi bələdiyyəsinə məxsus mikroavtobus Gözlek kəndi ərazisində yağış səbəbindən sürüşkənləşən yolda idarəetmədən çıxaraq aşıb.

    Amasya valiliyinin açıqlamasına görə, qəza nəticəsində 27 nəfər yüngül, 4 nəfər isə orta dərəcəli xəsarət alıb. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Noyabr 2026