• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycan bu il 10-dan çox ölkəyə bu qədər neft ixrac edib - SİYAHI

İQTİSADİYYAT

26 Noyabr 2026 | 16:38 | Müəllif: Gülşən Şərif

Azərbaycan bu il 10-dan çox ölkəyə bu qədər neft ixrac edib - SİYAHI

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan İtaliyaya 6 812 047,6 min ABŞ dolları dəyərində 10 532 637,45 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Bakıvaxtı.az-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (dəyərinə və həcminə görə - red.) ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 974 771,22 min dollar dəyərində 1 413 395,46 ton neft ixrac edilib.

    Azərbaycanın neft ixracı üzrə siyahıda (dəyərinə görə) üçüncü yeri Hindistan tutur. Yanvar-oktyabr aylarında bu ölkəyə 666 532,13 min dollar 830 049,03 ton neft ixrac edilib.

    Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 10-dan çox ölkəyə 12 161 967,27 min dollarlıq 18 392 916,04 ton neft ixrac edib.

    Azərbaycanın bu ilin yanvar-oktyabr aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin dəyərinə görə) təqdim edirik:

    №

    Ölkələr

    Statistik dəyər (min ABŞ dolları)

    Miqdar (ton)

    -

    Cəmi

    12 161 967.27

    18 392 916.04

    1

    İtaliya

    6 812 047.6

    10 532 637.45

    2

    Çexiya

    974 771.22

    1 413 395.46

    3

    Hindistan

    666 532.13

    830 049.03

    4

    Rumıniya

    653 588.29

    1 027 111.27

    5

    Almaniya

    474 735.43

    716 763.56

    6

    Bolqarıstan

    330 737.77

    440 758.93

    7

    Tunis

    315 551.9

    491 217.32

    8

    İndoneziya

    287 909.72

    428 786.13

    9

    Portuqaliya

    221 958.01

    395 031.62

    10

    İsveçrə

    206 298.15

    286 774.09

    11

    Digərləri

    1 217 837.06

    1 830 391.2


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR