• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Sərxoş halda komando hərbçisini vurub öldürmüşdü - Bu cəzanı aldı

HADİSƏ

26 Noyabr 2026 | 11:45 | Müəllif: Əli Hüseynov

Sərxoş halda komando hərbçisini vurub öldürmüşdü - Bu cəzanı aldı

Bu ilin mayında Naxçıvanın Şərur rayonunda Qarxun kənd sakini, komando hərbi birləşməsinin hərbçisi Musa Həsənovu vurub öldürən avtomobilin sürücüsünün məhkəməsi keçirilib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 28 yaşlı hərbçinin ölümünə səbəb olan 2000-ci il təvəllüdlü Məhərrəm Fətullayevə hökm oxunub.

Bildirilib ki, hadisə zamanı sürücü yüngül dərəcəli sərxoşluq halında olub. O, gecə saatlarında dostları ilə kafedən çıxıb evə gedərkən “Mercedes” markalı avtomobillə yolu keçməyə çalışan Musa Həsənovu vurub.

Ağır xəsarət alan hərbçi həlak olub.

Yaxınlarının sözlərinə görə, Musa Həsənov nişanlı olub.

Həbs olunan Məhərrəm Fətullayev Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə təqsirli bilinib.

Gənc sürücüyə 5 il həbs və 2 il sürücülük hüququnun məhdudlaşdırılması cəzası verilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026