Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, qəbullar müəyyən edilmiş günlərdə saat 10:00-da başlayacaq.
Belə ki, dekabrın 2-də daxili işlər naziri Vilayət Eyvazov Masallıda Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının sakinlərini qəbul edəcək.
Dekabrın 4-də baş prokuror Kamran Əliyev Sumqayıtda Sumqayıt və Qubadlı sakinlərini, energetika naziri Pərviz Şahbazov Oğuzda Oğuz, Qəbələ, İsmayıllı, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərini, gənclər və idman naziri Fərid Qayıbov Xızıda Xızı və Siyəzən sakinlərini, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağsuda Ağsu və İsmayıllı rayonlarının sakinlərini qəbul edəcək. Həmin gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdaşda Ağdaş, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Ucar və Zərdab sakinləri ilə görüşəcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə Naxçıvanda muxtar respublikanın bütün şəhər və rayonlarından olan vətəndaşları qəbul edəcək.
Dekabrın 7-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Naxçıvanda Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarının sakinləri ilə görüşəcək.
Dekabrın 10-da “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Şəmkirdə Şəmkir, Gədəbəy və Daşkəsən sakinlərini qəbul edəcək.
Dekabrın 11-də ədliyyə naziri Fərid Əhmədov Naxçıvanda muxtar respublikanın bütün şəhər və rayonlarından olan vətəndaşlarla görüşəcək. Həmin gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Sabirabadda Sabirabad, Saatlı və İmişli sakinlərini, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə Ağdamda Ağdam, Füzuli, Şuşa, Xocavənd, Xankəndi, Xocalı və Ağdərə sakinlərini qəbul edəcək.
Dekabrın 14-də elm və təhsil naziri Emin Əmrullayev Cəbrayılda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının sakinləri ilə görüşəcək. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov isə həmin gün Kəlbəcərdə Kəlbəcər və Laçın sakinlərini qəbul edəcək.
Dekabrın 17-də ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Cəbrayılda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının sakinlərini qəbul edəcək.
Dekabrın 18-də əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Şirvanda Şirvan və Hacıqabul sakinləri ilə görüşəcək. İqtisadiyyat naziri Mikayıl Cabbarov Qubada Quba, Xaçmaz və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək. Mədəniyyət naziri Adil Kərimli Ucarda Ucar, Zərdab, Göyçay, Ağdaş və Kürdəmir sakinlərini, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Vüsal Nəsirli Şabranda Şabran və Xaçmaz sakinlərini qəbul edəcək. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Astarada Astara, Lənkəran və Lerik sakinləri ilə görüşəcək. “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev isə Lənkəranda Lənkəran, Astara və Lerik rayonlarının sakinlərini qəbul edəcək.
Dekabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Xızıda Xızı, Sumqayıt və Abşeron sakinlərini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev isə Mingəçevirdə Mingəçevir və Ağdaş sakinlərini qəbul edəcək.
Dekabrın 25-də səhiyyə naziri Anar Bayramov Qəbələdə Qəbələ, İsmayıllı və Oğuz rayonlarından olan vətəndaşlarla görüşəcək.
Dekabrın 28-də isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Kürdəmirdə Kürdəmir, Mingəçevir, Göyçay, Yevlax, Ağdaş, Ucar və Zərdab sakinlərini qəbul edəcək.
Vətəndaşlar qəbullarda iştirak edərək müvafiq sahələr üzrə müraciət və şikayətlərini aidiyyəti qurum rəhbərlərinə çatdıra bilərlər.
















