"Zəfər" komandası AFFA U-14 Liqasında kənarlaşdırılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Sözügedən kollektiv çempionatda "Sabah"la oyuna çıxmaqdan imtina etdiyi üçün matç baş tutmayıb.
Bu hal turnirdə üçüncü dəfə təkrarlandığına görə "Zəfər" komandası 2026/2027 mövsümü üçün liqadan kənarlaşdırılıb. Onların oynadığı bütün qarşılaşmaların nəticələri ləğv edilib.
















