• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

TRIPP dəmir yolu 2027-ci ildə tikiləcək

İQTİSADİYYAT

25 Noyabr 2026 | 11:55 | Müəllif: Gülşən Şərif

TRIPP dəmir yolu 2027-ci ildə tikiləcək

Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsi çərçivəsində dəmir yolu xəttinin tikintisinə 2027-ci ildə başlanacaq. Hazırda hazırlıq işləri aparılır.

Bakıvaxtı.az "News.am"a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan açıqlama verib.

Onun sözlərinə görə, dəmir yolunun hansı marşrutla keçəcəyi artıq bəllidir:

"Hazırda həmin ərazidə təmizləmə və minimal mühəndislik işləri də daxil olmaqla hazırlıq işləri aparılır. 2027-ci ilin əvvəlinə qədər tədqiqat aparan şirkət yekun parametrləri və mühəndislik təkliflərini ümumiləşdirərək təqdim edəcək".

Kostanyan həmçinin bildirib ki, tikinti işlərinə digər ölkələrdən tikinti şirkətləri də cəlb edilə bilər.

Qeyd edək ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə Yerevan arasında sülh yolu ilə nizamlanma və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Bu layihə Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) adlandırılıb.

28 oktyabrda Ermənistan parlamenti TRIPP layihəsi üçün ABŞ ilə strateji tərəfdaşlıq haqqında çərçivə sazişini təsdiqləyib. Həmin ilin 11 noyabrında Ermənistan Prezidenti Vaaqn Xaçaturyan çərçivə sazişini təsdiqləyən sənədi imzalayıb. 23 noyabr 2026-cı ildə isə Paşinyan ölkənin cənubunda, Sünik bölgəsində TRIPP layihəsinin praktiki tikintisinə rəsmi olaraq start verib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026