• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Gömrükdə yoxlama zamanı insident yaradan sərnişinlə bağlı - AÇIQLAMA + VİDEO

CƏMİYYƏT

24 Noyabr 2026 | 19:40 | Müəllif: Subhan Mahmudov

Gömrükdə yoxlama zamanı insident yaradan sərnişinlə bağlı - AÇIQLAMA + VİDEO

Noyabrın 20-də Dubay-Bakı aviareysi ilə gələn sərnişinlər, o cümlədən Azərbaycan vətəndaşı Eldur Hüseynov Gömrük Məcəlləsinin 92-2.6-cı maddəsinə əsasən gətirdikləri əşyaların gömrük nəzarətindən keçirilməsi üçün gömrük baxışına dəvət olunublar.

Bakıvaxtı.az xəbər verir ki, DGK-nin yaydığı məlumata görə, gömrük baxışı prosesində vətəndaş Eldur Hüseynov özü ilə gətirdiyi əşyaları gömrük nəzarətinə təqdim etməkdən imtina edib.

“Bununla da gömrük nəzarəti prosesinin həyata keçirilməsini çətinləşdirib və kəskin surətdə aqressiya göstərməklə etiraz edib. Yaranmış hal əşyaların yoxlanması və eyniləşdirilməsində çətinliklər yaratdığından gömrük nəzarəti prosedurlarının gecikdirilməməsi məqsədilə ona məxsus əşyalar digər gömrük nəzarəti zonasına yönləndirilib.

Vətəndaş etik davranış qaydalarına riayət etmədiyindən müvafiq akt tərtib olunaraq hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bununla yanaşı, Eldur Hüseynovla Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bir neçə dəfə görüş keçirilib və məsələ ətraflı müzakirə edilərək gömrük qaydaları barədə məlumat verilib”, - deyə məlumatda qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026