• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Melonidən Zelenskiyə etiraz: “Artıq bezmişəm”

DÜNYA

29 Noyabr 2026 | 15:00 | Müəllif: Subhan Mahmudov

Melonidən Zelenskiyə etiraz: “Artıq bezmişəm”

İtaliyanın Baş naziri Corcia Meloni Ukrayna Prezidenti Volodimir Zelenskinin Liviyada Rusiya gəmilərinin məhv edilməsinə yönəlmiş əməliyyatla bağlı açıqlamalarından narazılığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Meloni Zelenskinin Qərblə koordinasiya şəraitində Liviyada Rusiya gəmilərinə qarşı əməliyyat keçirilməsi barədə ictimaiyyətə açıqlama verməsindən qəzəblənib.

İtaliyanın Baş naziri hesab edir ki, bu cür açıqlamalar İtaliyanın maraqlarına zərbə vurur və ölkə üçün mümkün cavab tədbirləri riskini artırır.

Qəzetin məlumatına əsasən, Meloni Zelenskiyə etirazını bildirərək "Artıq bezmişəm" ifadəsini işlədib.

Qeyd edək ki, Liviya sahillərində, Benqazi limanında lövbər salmış "Merkuri" korveti noyabrın 22-nə keçən gecə dronların hücumuna məruz qalıb. Peyk görüntülərinə əsasən, gəmi batıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026