• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

PSJ Alvaresi alır

İDMAN

29 Noyabr 2026 | 14:52 | Müəllif: Subhan Mahmudov

PSJ Alvaresi alır

Fransanın PSJ (Paris Saint-Germain) klubu İspaniya təmsilçisi “Atletiko Madrid”in (Atlético de Madrid, Atletico Madrid) hücumçusu Xulian Alvareslə (Julián Álvarez, Julian Alvarez) maraqlanır.

Bakıvaxtı.az fanat-a istinadən xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

Paris təmsilçisi argentinalı futbolçunun transfer imkanlarını araşdırmağa başlayıb. Buna səbəb komandanın hücum xəttində Xviça Kvaratsxeliya (Khvicha Kvaratskhelia) və Dezire Due (Désiré Doué, Desire Doue) zədələri səbəbindən mövsümün qalan hissəsini buraxa bilərlər. 

Məlumata əsasən, PSJ artıq Madrid klubu ilə futbolçunun mümkün transferi barədə ilkin sorğu aparıb. Londonun “Arsenal” klubu da 26 yaşlı hücumçunun vəziyyətini izləyir.

Lakin “Atletiko Madrid” Alvaresi qış transfer pəncərəsində satmaq niyyətində deyil. Futbolçunun nümayəndələri də yanvarda komandadan ayrılmağın gündəmdə olmadığını bildiriblər.

Qeyd edək ki, Alvares cari mövsümdə son 10 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026