• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Pakistan Səudiyyəyə ordu göndərdi

DÜNYA

29 Noyabr 2026 | 12:18 | Müəllif: Subhan Mahmudov

Pakistan Səudiyyəyə ordu göndərdi

Pakistan Yaxın Şərqdəki eskalasiya fonunda Səudiyyə Ərəbistanına hərbçilərini göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.

"Qoşunların yerləşdirilməsi ölkənin Səudiyyə Ərəbistanının təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsinə sadiqliyinin göstəricisidir. Hərbi qulluqçular krallığın ərazisində qarşıya qoyulan tapşırıqları razılaşdırılmış öhdəliklər və müdafiə sahəsində əməkdaşlıq haqqında qüvvədə olan saziş çərçivəsində yerinə yetirəcəklər", - məlumatda qeyd olunub.

Bildirilib ki, missiya yaranan təhlükəsizlik təhdidləri fonunda Səudiyyə Ərəbistanının müdafiə imkanlarının gücləndirilməsinə yönəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026