• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Yamalın olmaması "Barselona" üçün nəyisə dəyişməyəcək" - Dambrauskas

İDMAN

24 Noyabr 2026 | 18:41 | Müəllif: Subhan Mahmudov

"Yamalın olmaması "Barselona" üçün nəyisə dəyişməyəcək" - Dambrauskas

"Barselona" hər kəsə yaxşı tanış olan komandadır. Onların hansı zonada zəif olduğunu demək çətindir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda İspaniyanın “Barselona” klubuna qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Litvalı mütəxəssis sabahkı görüşdən həzz almaq istədiklərini bildirib: "Lamin Yamalın gəlməməsi yerli azarkeşlərimiz üçün pis xəbər oldu. O, dünya futbolunda sayılıb-seçilən şəxsdir. Düşünürəm ki, onun olmaması "Barselona" üçün nəyisə dəyişməyəcək. Orada olan oyunçular ayrı-ayrılıqda ulduz futbolçulardır. Mənə görə, bizim oyunçular uşaq olarkən "Real Madrid" və "Barselona"ya qarşı oynamağı xəyal ediblər”.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı saat 21:45-də start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026